18 yanvar 2024 14:42
298

Davosda Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması müzakirə olunub

Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında məlumat verib.

“Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə qlobal platformalarda dayanıqlı enerji siyasətinin aspektləri, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr, ölkəmizin iqlim dəyişiklikləri üzrə çağırışlara töhfə verəcək hədəfləri və COP29 tədbiri üzrə nəzərdə tutulmuş işlər barədə danışdıq”. – deyə nazir bildirib.