18 yanvar 2024 16:30
397

ARDNF ötən il büdcəyə transfertin yarıdan çoxunu xarici valyutada etməli olub

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə transferin 56 %-ni xarici valyutada etməli olub.

“İki sahil” xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, ötən il ARDNF Azərbaycan Mərkəzi Bankı ilə birgə keçirilən valyuta hərraclarında 3 milyard 47,5 milyon ABŞ dolları (5 milyard 180,75 milyon manatlıq) satış edib. Fonddan büdcəyə transfert isə 11 milyard 737,6 milyon manat təşkil edib. Yəni, arada 6 milyard 556,85 milyon manat fərq var.

"Dövlət büdcəsinə transfertin bir hissəsi xarici valyutada köçürülüb ki, onunla da büdcənin xarici valyuta ilə bağlı öhdəlikləri icra edilib", - deyə ARDNF bəyan edib.