18 yanvar 2024 16:57
345

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30%-ə yaxın azalıb

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 51 183.89 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 2.9% azdır.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 11.1% azalaraq 33 898.55 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 18.9% artaraq 17 285.34 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 16 613.21 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 29.6% az olub.