19 yanvar 2024 02:37
653

Suşi qurmanlarını təəccübləndirəcək 15 maraqlı fakt

Yapon mətbəxi bütün dünyada populyarlıq qazanır. Yapon kulinariya reytinqində birinci yerdə suşidir. Bu düyü və balıq yeməyinə olan məhəbbətə baxmayaraq, çoxları vasabinin əslində nə üçün olduğunu, qaranlıqda hansı suşinin parıldadığını və hansı suşinin ən bahalı olduğunu bilmir. Aşağıda suşi haqqında maraqlı faktlar oxuya bilərsiniz:

Qızılbalıq

Yaponlar çiy qızılbalığı təhlükəli hesab edirlər. Çünki Sakit okean qızılbalığı parazitlərə meyillidir. Qızılbalıq ölkəsi olan Norveç yapon istehlakçılarına Atlantik qızılbalığının hətta çiy yeyildikdə belə təhlükəsiz olduğunu öyrədib. Suşi və somon saşimi  məşhurlaşması on il çəkdi.

İsti rulonlar

İsti rulonlar fosfor və kalsiumun tam mənbəyidir. Sinir sisteminə təsiri baxımından şokolad və ya banana bərabərdir. Suşi gündəlik yeyildikdə tərkibindəki yağ turşuları səbəbindən depressiya ilə mübarizə aparmağa kömək edir. İsti rulonların ən yaxşı növlərindən biri bişmiş suşidir.

Zəncəfil

Ən çox suşi ilə verilən zəncəfil müxtəlif suşi parçaları arasındakı dad fərqlərini təmizləmək üçün nəzərdə tutulub. Ancaq onu rulonun üstünə qoymaq aşpaz üçün təhqiredici ola bilər.

Eskolar

2013-cü ildə restoranlarda və supermarketlərdə balıqların genetik testi nəticəsində məlum olub ki, ABŞ-dakı suşi restoranlarının 84%-i yanlış olaraq tuna balığını eskolar ilə əvəz edir. Bu balığın uzun sürən, idarəolunmaz ishala səbəb olduğu bilinir.

Suşi restoranı

ABŞ-da təqribən 3946, Yaponiyada isə təxminən 45 min suşi restoranı var. Əksər amerikalı və avropalı istehlakçılar bilmir ki, suşi çubuqlarla deyil, əllə yeyilməlidir.

Kappa

"Kappa" sözünün tez-tez xiyarlı suşi adında görünməsinin bir səbəbi var. Yapon mifologiyasında gölməçələrdə yaşayan və xiyar sevən kappa adlı “məxluq” var.

Konservləşdirmə üsulu

Suşi əvvəlcə balıqları qorumaq üçün bir üsul idi. Sonralar insanlar onu düyü ilə birlikdə istehlak etməyə başladılar.

Orijinal lövhələr

Vankuverdə çılpaq qadın modellərlə suşi təqdim edən bir şirkət var. Qaydalara görə, siz modellə danışa, ona toxuna, nalayiq jestlər və ya şərhlər edə bilməzsiniz.

Parıldayan suşi

Transgen balıq bəzən suşidə istifadə olunur. Bu, suşinin qaranlıqda parıldaması üçün edilir.

Sukiyabaşi Jiro

Səksən altı yaşlı Jiro Ono dünyanın ən yaxşı suşi aşpazı hesab olunur. Müştərilər onun Tokiodakı Sukiyabaşi Jiro restoranına bir il əvvəldən görüş təyin edirlər. Jironun bişirdiyi düyü "ağzınızda partlayan bulud" kimi təsvir edilir. Aşpaz, həmçinin üç “Michelin” ulduzuna layiq görülən ən yaşlı məşhur aşpaz olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

80%-dən çox ton balığı

Yaponiyada suşi üçün ən bahalı tuna balığı 222 kiloqramı 1,8 milyon dollara satılıb. Dünya tuna məhsulunun 80%-dən çoxu yaponlar tərəfindən yeyilir.

Ən uzun suşi rulonu

Dünyada indiyə qədər yaradılmış ən uzun suşi rulonun uzunluğu 2 km 521 metr olub. O, Rusiyada 2011-ci ilin dekabr ayında Sushkof restoranında istehsal olunub.

Ehtiyatlı olun! Civə!

Ceremi Pivenə civə zəhərlənməsi diaqnozunun qoyulmasına səbəb onun 20 il ərzində gündə ən azı iki dəfə suşi yeməsi olub.

Vəsabi

Vəsabi əvvəlcə balıqlarda bakteriya və parazitləri öldürmək üçün suşi ilə istehlak edilirdi. İndi daha yaxşı sanitar şəraitdə ona ehtiyac qalmır və yalnız vərdiş olaraq yeyilir.

Sağlam rulonlar

Çiy balıqdan istifadə edilən klassik suşi və rulonlardan fərqli olaraq, bişmiş suşi tam bir yeməkdir. Bişdiyi üçün hətta uşaqlar və hamilə qadınlar üçün də uyğundur.

Nubar Süleymanova, “İki sahil”