Yuxunun kəmiyyətinin deyil, keyfiyyətinin demensiya xəstəliyinə tutulma ehtimalına təsir edə biləcəyini söyləyən tədqiqatçılara görə, 30 və 40 yaşlarında müntəzəm yaxşı yuxu vacibdir.
Elm adamlarının “Neurology” jurnalında qeyd etdiyi kimi, yuxuya getməkdə çətinlik çəkən fərdlər sonrakı illərdə idrak qabiliyyətinin azalmasına meyilli ola bilərlər. “30-40 yaşlarında yuxusu daha çox pozulan insanlar on il sonra yaddaş və düşüncə problemləri ilə üzləşə bilər”, -deyə onlar xəbərdarlıq ediblər.
"Artan dəlillər yuxu keyfiyyəti ilə demensiya riski arasında əlaqəni dəstəkləyir", - komanda əlavə edib.
Tədqiqatçıların işi 11 il ərzində izlənilən 500-dən çox insanı əhatə edib. Onlar bunun daha çox insanın nə qədər yatdığına deyil, nə qədər dərin yatdığına əsaslandığını bildiriblər. Nəticələr göstərir ki, orta yaşda koqnitiv sağlamlıq üçün yuxunun miqdarından çox keyfiyyət vacibdir.
Yuxu və idrak arasındakı əlaqəni erkən yaşlarda başa düşmək yuxu problemlərinin xəstəlik üçün risk faktoru kimi rolunu anlamaq üçün vacibdir.
2023-cü ilin may ayında “Annals of Internal Medicine” jurnalı yuxusuzluğu "gündüz həddindən artıq yuxululuğa" gətirib çıxaran testlərin nəticələrini dərc etdi. Bundan sonra “Neurology and Frontiers in Sleep” jurnalı gecə yuxusuzluqla qocalıqda idrakın zəifləməsi ehtimalı arasında əlaqəni göstərən sənədlər dərc etdi. Bu yaxınlarda dərc edilmiş digər tədqiqatlar narahat gecələr və diabetin inkişafı riski arasında əlaqəni ortaya qoydu.
Nubar Süleymanova, “İki sahil”