Mikroelementlər orqanizmdə çoxlu sayda kimyəvi reaksiyalarda iştirak edir, buna görə də immunitet sisteminin vəziyyəti, metabolik proseslərin sürəti və fermentin effektivliyi onlardan asılıdır. Bu mühüm mikroelementlərdən biri də sinkdir. Həkimlər onun çatışmazlığını necə bilmək və onu necə bərpa etmək barədə danışıblar.
Rusiyalı həkim, kardioloq və dietoloq Konstantin İvanov "Ən vacibi haqqında" verilişində sink çatışmazlığını ciddi problem adlandırıb, çünki mikroelement bədəndəki bir çox proseslərdən məsuldur. Sink çox olduqda baş ağrıları yaranır və qusma baş verir. Bağırsaqlar, dırnaqlar və saçların böyüməsi ilə bağlı problemlər isə əksinə, çatışmazlıqdan xəbər verir. Bundan əlavə, zəifləmiş immunitetin göstəricisidir.
Süd və fermentləşdirilmiş süd məhsulları, balqabaq toxumu, toyuq qaraciyəri, tünd şokolad kimi qida məhsulları bu mikroelement çatışmazlığını doldurmağa kömək edir.
Belə ki, 100 qram balqabaq tumunda gündəlik sink tələbatı var. Eyni sözləri toyuq qaraciyəri haqqında da demək olar. Ondan hazırlanmış yeməkdən bir porsiya gündəlik tələbatınızı ödəmək üçün kifayətdir.
Nubar Süleymanova, “İki sahil”