"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
Qeyd olunur ki, yenilik kanallarda administratorlar və kanal sahibləri tərəfindən səsli mesajların göndərilməsi funksiyasıdır.
Şirkət bildirir ki, 2 milyard istifadəçi bazası gündəlik 7 milyard səsli mesaj göndərir.
Şirkət həmçinin kanal yeniləmələrini şəxsi "WhatsApp" statusuna - söhbət proqramının hekayələr funksiyasına paylaşmaq imkanı yaradır.
"İnstagram"da istifadəçilərə kanallardakı yazıları hekayələrinə əlavə etmək imkanı verən oxşar xüsusiyyət var.