19 yanvar 2024 11:49
343

Ronaldonun yeni lüks avtomobili - FOTO

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

“İki sahil” xəbər verir ki, 38 yaşlı forvard ən son model “Ferrari Puroseync” avtomobilinə yiyələnib. Forvard yeni avtomobili ilə sosial şəbəkə hesablarında foto paylaşıb.

“Marca”nın məlumatına görə, bu avtomobilin qiyməti 400 min funt sterlinqdir (466 min avro). 

Ronaldonun "Bugatti Çiron", "Bugatti Veyron Qrand", "Ferrari Monza" və "Maklaren Senna" kimi avtomobilləri də  var.