20 yanvar 2024 19:35
410

Tovuzda minik maşını aşıb, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.