Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsini bu ölkənin Prezidenti Klaus Verner İohannisə təqdim edib.
“İki sahil” xəbər verir ki, Prezident iqamətgahında - Kotroçeni sarayında keçirilən görüşdə Prezident Klaus Verner İohannis ölkələrimiz arasında yüksək səviyyəli təmaslarda əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.
Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan siyasi, iqtisadi, xüsusilə enerji, nəqliyyat, ticarət, təhsil sahələrində və sərmayələrlə bağlı dialoqun gücləndirilməsini təşviq edib.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik