24 yanvar 2024 02:35
623

Məhəbbət alması - pomidor pomidor

Qidamızın tərkibinə ən çox daxil etdiyimiz tərəvəzlərdən bir də pomidordur. İli bütün fəsillərində bu tərəvəzdən yemək insan orqanizmi üçün yalnız faydalıdır. Pomidorun çox qədim və maraqlı tarixi vardır. İlki dəfə sarı rəngdə olmaqla yabanı şəkildə Boliviya və Peruda bitib. Ona böyük giləmeyvə adını veriblər. Meksikada isə pomidor bəzək bitkisi kimi yetişdirilib.

Əsrlər keçdikdən sonra seleksiyaçı alimlər müxtəlif rənglərdə, yəni sar, çəhrayı, bənövşəyi olmaqla və bitkinin görkəmini dəyişməklə çoxlu yeni sort pomidor yaradıblar. Xristofor Kolumbun Amerikanın kəşfindən sonra gəmilərlə Avropaya gətirilib, geniş yayılmağa başlayıb.

Pomidor təqribən 1500-ci illərin ortalarına kimi zərərli bitki sayılıb. Sonralar onun xeyirli olduğu aşkar edilib, əsasən də qızdırılıb və ya qaynadılıb yeyilib. Tərəvəzin çiy halda istifadəsi bir aşpazın onu öz düzəltdiyi salatlarına qatmasından sonra başlanıb. Amerikada pomidoru ilk dəfə tərəvəz kimi becərən isə Tomas Ceferson olub . Tərəvəzə maraq get-gedə artmış, yeyənlər tərəfindən ləziz dadına görə ona sevgi ilə yanaşıb, bu tərəvəz “məhəbbət alması” adını alıb...

İndi gəlin “məhəbbət alması”nın insan orqanizminə gətirdiyi sağlamlığa nəzər salaq. Pomidorun tərkibi başdan-başa antioksiddə ibarətdir. Məhz buna görə də orqanizmə yığılan zəhərli maddələri təmizləyir, qanın durulmasına kömək edir. Mədə-bağırsağın fəaliyyətinə, böyrək daşlarının düşməsinə müsbət təsiri dəyir. Kosmetik vasitə kimi dəriyə təmizlik və gözəlik verir. Həmçinin yanıq zamanı, eləcə həşərat dişlədiyi yerlərin müalicəsində olduqca xeyirlidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü