"Rossiya" kanalında yayımlanan "Ən vacibi haqqında" verilişində doktor Aleksandr Myasnikov yalnız ağrının ürəyin fəaliyyətində ciddi pozğunluqlardan xəbər verməsi ilə bağlı mifi “dağıdıb”.
Həkimin sözlərinə görə, bəzən ürək yalnız ölüm anında simptom göstərə bilər. Beləliklə, ateroskleroz görünməzdən və sinə ağrısı meydana gəlməzdən əvvəl ürək problemlərini izləmək lazımdır.
"Ağrı varsa, bu, o deməkdir ki, sizdə artıq ciddi tutmalar var. Bu, kömək üçün ürəkdən gələn fəryaddır",- deyə tok-şou aparıcısı xəbərdarlıq edib.
“Bəzən ürək infarktı da daxil olmaqla çox ciddi ürək problemlərində ağrı olmur, çünki damar qəzası zamanı sinir ucları siqnal göndərmək qabiliyyətini itirir. Bu, çox təhlükəlidir. Belə insanlar ağrısaydı, təcili yardım çağırardılar, əməliyyat otağına aparılardılar, əməliyyat olunardılar. Amma qəfildən ölürlər", - Myasnikov şikayətlənib.
Aleksander Leonidoviç vurğulayıb ki, müntəzəm tibbi müayinələrdən keçmək və risk faktorlarını yoxlamaq lazımdır: şəkər səviyyəsi, qan təzyiqi səviyyəsi, "yaxşı" xolesterin, "pis" xolesterin, bədən kütləsi indeksini və genetikanızı bilməlisiniz, çünki irsi meyillilik də vacibdir. Bu göstəricilər pozulursa, hərəkətə keçin və ürəyinizi xilas edin!
Nubar Süleymanova, “İki sahil”