İtburnu qan damarlarının divarlarını gücləndirir, qocalmanı ləngidir və immunitet sisteminə faydalı təsir göstərir. Bir ovuc meyvədə beş kiloqram naringi qədər C vitamini var. Soyuq mövsümdə itburnu dəmləmək vaxtıdır, lakin bir çox insan bunu necə düzgün edəcəyini bilmir.
Bəs itburnu necə düzgün dəmlənməlidir ki, onun bütün faydaları yox olmasın? Rusiyalı biologiya elmləri namizədi Yekaterina Baranova “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində bu barədə danışıb. Əslində itburnunun meyvələrində zəngin olan C vitamini yüksək temperaturda məhv olduğu üçün onu qaynar su ilə dəmləmək olmaz.
"Onun üzərinə maksimum 60 dərəcə istilikdə su tökün", - deyə bioloq vurğulayıb.
Bir üyüdücüdə dörd yemək qaşığı giləmeyvə üyüdə bilərsiniz. Bu həcm üçün bir litr su qaynatmaq və təxminən 10 dəqiqə sərinləmək üçün kənara qoymaq lazımdır. Sonra əzilmiş itburnunu soyudulmuş su ilə qatın. Bu qarışığa Iimon, zəncəfil və ya nanə əlavə etməyin zərəri olmaz. Bu içki səkkiz saat ərzində istifadə edilməlidir. Həkimlər yeməkdən sonra 2-3 xörək qaşığı dəmləmə içməyi məsləhət görürlər. Bununla belə, əks göstərişlər var. Qastritiniz və tromboza meyliniz varsa, ilk növbədə bir mütəxəssislə məsləhətləşməlisiniz.
Nubar Süleymanova, “İki sahil”