Qırğızıstanın hüquq-mühafizə orqanları islah koloniyasında məhkumların iğtişaşının qarşısını alıblar.
“İki sahil” xəbər verir ki, bu barədə respublika Ədliyyə Nazirliyi yanında Cəzaçəkmə Xidmətindən məlumat verilib.
Məlumata görə, 50-60 nəfərdən ibarət məhkum qrupu deşici-kəsici alətlərlə silahlanıb və koloniya işçilərinə qarşı çıxıb.
İğtişaş yatırılıb. Məhkumlardan 22 telefon və 140 qadağan olunmuş əşya aşkar edilərək müsadirə olunub. Əsas üsyançılar təcrid olunublar.
İstintaq davam edir. Hazırda qurum adi rejimdə fəaliyyət göstərir.