04 iyul 2026 09:04
101

Gürcüstanda dəmir yollarında yeni polis xidməti fəaliyyətə başlayıb

Bu gündən etibarən Gürcüstanda ilk dəfə olaraq sərnişin qatarlarında sərnişinlərin təhlükəsizliyi Təhlükəsizlik Polisi tərəfindən təmin olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, Təhlükəsizlik Polisi İdarəsi ölkə üzrə 76 obyektdə fəaliyyət göstərəcək. Qurumun 818 əməkdaşı strateji əhəmiyyət daşıyan dəmir yolu körpülərinin, tunellərin, depoların, dəmir yolu stansiyalarının və digər infrastruktur obyektlərinin mühafizəsini sutka ərzində fasiləsiz həyata keçirəcək.