28 yanvar 2024 15:49
294

Gürcüstanda erməni diasporunun aksiyası baş tutmayıb

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.

Təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib.

Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib.

Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

"Report"