Polifenollar bir molekulda birdən çox fenolik qrupun olması ilə xarakterizə olunan kimyəvi birləşmələr sinfidir. Bitkilərdə xüsusi birləşmələr var, güclü antioksidantlar və probiyotiklərlə zəngindir.
Rusiyalı həkim Aleksandr Myasnikov ömrü uzadan və keyfiyyətini yaxşılaşdıran məhsulları sadalayıb. Onların hamısında polifenollar olduğunu bildirib. “Rossiya” telekanalında yayımlanan sağlamlıq proqramının aparıcısı doktor Myasnikov müxtəlif rəngli tərəvəz və meyvələri yeməyə çağırıb, çünki onların tərkibindəki faydalı maddələr müxtəlifdir.
Həkim pafosla bildirib: "Meyvələrdən göy qurşağı düzəldin. Qırmızıda olan, yaşılda, göydə yoxdur"
“Uzunömürlü” qaraciyər üçün faydalı qidalardan biri üzümdür. Bədənimizin bir növ “paslanmasının qarşısını alır”, ömrü uzadır, infarkt və insultların sayını azaldır.
O, həmçinin çay, qəhvə, kakao və qoz-fındığı sehrli məhsullar və sağlamlıq konsentratları adlandırıb.
"Qozda hər şey var. Xolesterolu aşağı salır, tərkibində çoxlu mikroelementlər, bitki mənşəli zülallar var. Daha uzun yaşamaq istəyirsinizsə, gündə bir ovuc qoz qəbul edin. “Özünüzə həyatı satın alacaqsınız. Bu, həm üzüm, həm də digər meyvələrə aiddir”, - deyə həkim Myasnikov izah edib.
Həkim düzgün qidalanmağı, həmçinin gündə 2-3 fincan qəhvə içməyi məsləhət görüb. Mütəxəssis vurğulayıb ki, qəhvə qaraciyər xərçənginin qarşısını alır.
Nubar Süleymanova, “İki sahil”