31 yanvar 2024 00:34
621

Kişilərin bağışladığı gül dəstələri...

İncə, zərif məxluq olan qadınlar özləri kimi ətirli güllərə, çiçəklərə daha çox meylli olurlar. Məhz bunu nəzərə alan kişilər bayramlarda, görüşlərdə sevgi və məhəbbətini onlar gül dəstələri verməklə bildirirlər. Eyni zamanda hədiyyə etdiyi gül dəstələrinin rənginə görə əks cinsin həqiqi simasını da tanımaq imkanı yaranır. Bu fikrə psixoloqlar apardıqları müəyyən araşdırmadan sonra gəliblər.

Belə ki, həyatsevər, açıq təbiətli, eləcə ürəyindən keçənləri birbaşa bildirməyi bacaran kişilər qırmızı-çəhrayı rəngli gül dəstələrini bağışlamağı sevirlər. Belə kişilər istəyinə nail olmaqdan ötrü istənilən addımı atmağa hazır olurlar. Mavi çalarlı gül dəstəsinə isə gizli fikirli kişilər üstünlük verirlər. Həmin tip kişilər öz qəlblərini həqiqi şəkildə heç kimə açmırlar, utanmadan yalan danışır, çox sayda sevgi macəralar yaşayırlar.

Ambisiyalı, məqsədyönlülər bir qayda öz hisslərinin obyektinə al-qırmızı qızılgül verirlər. Belələri sevdiyi adamdan çox şey tələb etməklə bərabər, onun qarşısında verdiyi vədi də müqəddəs and kimi yerinə yetirir və səmimi münasibət qazanmaq üçün heç nəyi əsirgəmirlər. Çəhrayi rəngdə gül hədiyyə edələr adətən yumşaq, mülayim, mehriban, sadəlövh qadınlar seçməyə üstünlük verirlər. Dediyim kişilər məhəbbətdə hər şeyin sakit və gözəl olmsından ötrü öz düşüncə tərzini, əqidəsini belə dəyişməyə qadirdirlər. Özünəvurğun, düşüncəyə əsasən hərəkət edən kişilər tanıdıqları, sevdikləri xanımların qarşısına göy rəngli güllərlə çıxırlar. Ağ gülləri dərin romantiklər əks cinsin nümayəndələrinə hədiyyə edirlər. Əsasən onlar öz məhəbbətini iri gül çələngi ilə bildirməyi xoşlayırlar. Bənövşəyi çalarlı gül dəstəni seçənlər darıxdırıcı həyat yaşayanlar olurlar. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü