Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, hazırda dünya əhalisinin təxminən yarısı qidalarda trans yağları məhdudlaşdıran sərt qaydalarla əhatə olunub.
ÜST 2018-ci ildə sənaye üsulu ilə istehsal olunan yağ turşularının hər il 500 min insanın vaxtından əvvəl ölümlə əlaqəsi olduğunu əsas gətirərək 2023-cü ilə qədər bütün dünyada qidalardan xaric edilməsi üçün müraciət etdmişdi; hədəfə çata bilmədi və vaxtı 2025-ci ilə qədər uzatmalı oldu.
Bununla belə, bu müddət ərzində dünya əhalisinin 46%-ni əhatə edən 53 ölkə zəhərli maddələrlə bağlı ən yaxşı təcrübə siyasətini həyata keçirib. ÜST hesab edir ki, ildə təxminən 183 min insan bu yolla xilas edilir.
"Trans yağın bilinən sağlamlıq faydası yoxdur, lakin böyük sağlamlıq riskləri var. Biz çox şadıq ki, bir çox ölkələr qidada trans yağları qadağan edən və ya məhdudlaşdıran siyasətlər tətbiq edirlər", -deyə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
2023-cü ildə yeddi ölkə- Misir, Meksika, Moldova, Nigeriya, Şimali Makedoniya, Filippin və Ukrayna bu yöndə ən yaxşı təcrübə siyasətini həyata keçirib.
Damarların tıxanması
Ürəyin ətrafındakı damarları bağlayan bərkimiş yağ tez-tez konservləşdirilmiş qidalarda, bişmiş məhsullarda, yemək yağlarında istifadə olunur.
Qida istehsalçıları trans yağlardan istifadə edirlər, çünki onlar daha uzun raf ömrünə imkan verir və bəzi alternativlərdən daha ucuzdur.
Trans yağların aradan qaldırılması üzrə ən yaxşı təcrübə ya bütün qidalarda ümumi yağın hər 100 qramı üçün sənaye üsulu ilə istehsal olunan trans yağın 2 qramlıq məcburi limiti, ya da əsas trans yağ mənbəyi olan qismən hidrogenləşdirilmiş yağların istehsalına və ya istifadəsinə tamamilə milli qadağa deməkdir.
Tedros BMT-də keçirilən mərasimdə ÜST-nin sənaye üsulu ilə istehsal edilən trans-yağ turşularının aradan qaldırılmasında irəliləyişləri təsdiqləyən ilk sertifikatlarını verib. Qəbul edənlər Danimarka, Litva, Polşa, Səudiyyə Ərəbistanı və Tayland olub.
Həmin sertifikata uyğun olmaq üçün ölkələr ən yaxşı təcrübələri tətbiq etməli və onları ciddi monitorinq və icra sistemləri ilə dəstəkləməlidirlər.
Sertifikatlaşdırılmış ölkələr statuslarını saxlamaq üçün hər üç ildən bir yenilənmiş məlumatları təqdim etməlidirlər.Tedros digər ölkələri də onların rəhbərliyinə tabe olmağa təşviq edərək qida sənayesini kənarda saxlamaq üçün danışıqlara çağırıb.
Zərərli və lazımsız
Danimarkanın BMT-dəki səfiri İb Petersen Cenevrədə çıxışı zamanı Danimarkada qəbul edilən siyasətlərin ölkədə ürək-damar xəstəliyini 11% azaltdığına inanıldığını söyləyib. “Ən çox maddi cəhətdən zəif olan qruplar bundan daha çox faydalanacaqlar”, -deyə orada bildirilib.
Ürək-damar xəstəlikləri qlobal miqyasda ölümün əsas səbəbidir. 2019-cu ildə təxminən 17,9 milyon insan bu cür xəstəliklərdən dünyasını dəyişib ki, bunun da 85%-i infarkt və insult nəticəsində olub.
Trans yağlardan xilas olmaq rəqəmləri azaltmağın asan bir yolu olaraq görülür.
“Trans yağların aradan qaldırılması iqtisadi, siyasi və texniki cəhətdən mümkündür və hökumətlər və ya istehlakçılar üçün praktiki olaraq heç bir xərc olmadan insanların həyatını xilas edir”, -deyə trans yağlar üzrə ÜST ilə əməkdaşlıq edən “Resolve to Save Lifes” qeyri-kommersiya təşkilatının prezidenti Tom Friden bildirib ki, belə tənzimləmələri olmayan ölkələr trans yağların "zibilxanasına" çevrilmək riski daşıyır.
Nubar Süleymanova, “İki sahil”