04 fevral 2024 22:08
390

Azərbaycanlı qız ilə türkiyəli sevgilisi qızıl dükanını soymağa cəhd edib - FOTO

İstanbulda azərbaycanlı Merve Öznur Hüseynova sevgilisi Enes Erdoğanla qızıl dükanını soymağa cəhd edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Bildirilib ki, silahla mağazadan oğurluq etməyə çalışan cütlük hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onlar ifadələrində evlənmək üçün pul tapmadıqlarını deyərək zərgəri soymağa çalışdıqları deyiblər.

Qeyd edək ki, 22 yaşlı Merve Öznur Hüseynova 2 il öncə Türkiyə mətbuatına müsahibə verib.