04 iyul 2026 00:54
86

"Edgewing" altıncı nəsil qırıcıların hazırlanması üçün milyardlarla dollarlıq müqavilə bağlayıb

Böyük Britaniya, İtaliya və Yaponiyanın "Edgewing" müştərək şirkəti üç ölkənin yeni nəsil qırıcı təyyarələrin hazırlanması üzrə proqramın bir hissəsi olaraq 4,6 milyard funt-sterlinq (təxminən 6,1 milyard dollar) dəyərində 18 aylıq müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Qeyd olunur ki, "Global Combat Air Programme" (GCAP) proqramı çərçivəsində bağlanmış müqavilə perspektivli qırıcı təyyarənin konsepsiyasının dərin inkişafı və qiymətləndirmə mərhələsini tamamlayacaq, bundan sonra ətraflı layihələndirmə və hazırlanma mərhələsinə keçiləcək.

Bu, "Edgewing"in GCAP çərçivəsində ikinci beynəlxalq müqaviləsidir. Şirkət birinci 686 milyon funt-sterlinq dəyərində ilk müqaviləsini apreldə alıb.

"Edgewing" Böyük Britaniyanın "BAE Systems", İtaliyanın "Leonardo" və Yaponiyanın JAIEC şirkətlərinin birgə müəssisəsidir.

GCAP proqramı, qabaqcıl texnologiyalardan istifadə edərək yeni nəsil gizli qırıcı təyyarələrin hazırlanması məqsədilə 2022-ci ildə başlanıb. Layihənin 2035-ci ildə tamamlanması planlaşdırılır.