07 fevral 2024 02:17
560

Ac qalmamağa çalışın

Rusiyalı həkim Aleksandr Myasnikov "Rossiya" kanalında yayımlanan proqramında daha az yeməyə, rasionu sağlamlaşdırmağa və əlavə çəkidən qurtulmağa özünü necə öyrətmək haqqında danışıb. O, hesab edir ki, aclıq hissini cilovlamaq və idarə etmək olar.

Həddindən artıq yeməyin təhlükəli olduğunu bilirik. Aleksandr Myasnikov "Ən vacibi haqqında" proqramında yeməkləri azaltmaq və daha az yemək öyrənməyi məsləhət görüb. “Hormonal sistemi buna alışdırmaq olar, ancaq bu prosesdə əsas beyin iştirak edir. “Nə qədər yüksək iştah sahibi olsanız belə üç həftəlik özünü idarəetmə və  limitdən sonra zövqünüzün və iştahınızın dəyişdiyinin şahidi olacaqsınız. Dadlı olan dadsız görünəcək, yeməklə bağlı xüsusi arzularınız olmayacaq",- deyə həkim izah edib.

Porsiya ölçüsünü azaltmaq da düzgün bəslənmə yolunda addımlardan biridir.

"Aclıq hissini cilovlamağa çalışmaq lazımdır, ancaq ona dözmək olmaz,acsınızsa, mütləq qəlyanaltı etməlisiniz. Sadəcə, bunu təbii hala gətirməyə çalışmaq lazımdır", - doktor Myasnikov bildirib.

O, qəlyanaltının da sağlam qidadan olmasını məsləhət görür. “Həmişə bir az ac olmalısan, çox yox”,-deyə  həkim əminliklə vurğulayıb.

“Eyni zamanda,bu limitləməni “bayramsız” qoymaq olmaz. Ayda bir dəfə hər şey-tort, makaron, mürəbbə, sıyıq və s. nə istəsəniz yeyə bilərsiniz. Qidalanma bizə həyat sevinci olan əsas instinktlərdən biridir. Yeməyi işgəncəyə çevirməyə qətiyyən dəyməz”,-deyə Myasnikov fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”