07 fevral 2024 00:46
653

Ölümcül proqnoz: Pnevmokok...

Pnevmokok öldürücü bakteriyalardan biridir. Xəstəxanalarda bu, dəhşətli nosokomial infeksiyaya çevrilir.

Pnevmokok bakteriemiyası bir çox xəstəxana pasientinin həyatına son qoyur.  

"Pnevmokok haqqında nə deyə bilərəm? Bu, yəqin ki, yoluxucu xəstəliklər arasında bizim bir nömrəli qatilimizdir, yaşlı insanlara ən ağır formada təsir edir", -deyə rusiyalı mütəxəssis Aleksandr Myasnikov öz fikrini bölüşüb.

Pnevmokok hər iki və ya üçdə birimizdə yaşayır və nədənsə immunitet sistemi pozulduqda, bakteriya həmən xəstəliyə səbəb olur. Pnevmoniyanın ən təhlükəli  tərəfi pnevmokokların qana daxil olmasıdır.

"Əgər qanda varsa, pasientin xəstəxanada ölüm nisbəti 30% təşkil edir. Yoluxmuş hər üçüncü insan ölür. Yenə də onu vaxtında tapmaq, müəyyən etmək, müalicəyə başlamaq vacibdir, çünki əks halda ölüm nisbəti 30% deyil, daha yüksək ola bilər",-həkim bildirib.

Pnevmokok meningitə meningokokklardan daha çox səbəb olur. Uşaqlarda pnevmokok otitə səbəb olur. Yaşlı insanlarda o, akterial artriti - dizin və ya oynağın septik iltihabını təhrik edir.

Doktor Myasnikovun fikrincə, peyvənd etmək və immunitet sisteminə diqqət yetirmək bu təhlükəli infeksiyadan qoruya bilər.

"Bəs güclü immuniteti bizə nə verir? Günəş, hava və su", -deyə ekspert fikrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”