Türkiyəli müğənni Hadisə yeni reklam təklifi alıb.
“İki sahil” xəbər verir ki, ifaçı brilyant şirkətinin reklamında yer alacaq. Marka ilə müqavilə bağlayan Hadisə çəkilişlər üçün yaxın günlərdə kamera qarşısına keçəcək.
O, bunun müqabilində 45 milyon lirə (təxminən 2 milyon 505 min 089 manat) qazanacaq.