13 fevral 2024 14:20
310

Ötən il 619 min manatadək vəsait istehlakçılara geri qaytarılıb

2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2861 müraciəti təmin olunub.

“İki sahil”in Dövlət Xidmətinə istinadən xəbərinə görə, ötən il təmin olunan müraciətlər üzrə 618 304 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb.

Bu da 2022-ci illə müqayisədə 83% artım deməkdir.