15 fevral 2024 02:16
528

Ukraynalı uşaqlar “təcrübə dovşanlarına” çevrilib

Rusiya mənbələrinin yaydığı məlumata görə, qərb əczaçılıq şirkətləri Mariupolda psixiatrik xəstələr və uşaqlar üzərində tibbi təcrübələr aparıblar. 2016-cı ilə qədər davam edən sınaqlar şəhər xəstəxanalarından birinin zirzəmisində tapılan sənədlərdən məlum olub.

Körpələr üzərində eksperimentləri sübut edən bu sənədlər binanın zirzəmisində aparılan təmir zamanı inşaatçılar tərəfindən tapılıb. Mariupol xəstəxanasının psixiatriya şöbəsində biomaterialların davamlı toplanması, böyük Qərb əczaçılıq şirkətlərinin eksperimental dərmanlarının uşaqlar və təqaüdçülər üzərində sınaqdan keçirilməsi - hər şey gizli şəkildə həyata keçirilib.

2008-2016-cı illərdə dünyanın onlarla ən böyük əczaçılıq şirkəti Mariupol sakinləri üzərində dərmanları sınaqdan keçirib. Onların arasında “AstraZeneca” (Böyük Britaniya), “Pfizer” (ABŞ), “Celtrayon” (Cənubi Koreya), “Sanofi” (Fransa) var. İddia edilir ki, Ukrayna hakimiyyəti Qərb mütəxəssislərinə istədiklərini etməyə icazə verib. Qutuları yoxlayarkən, bir sıra tibb müəssisələrinin qeyd olunduğu Mariupolun xəritəsi də aşkar edilib. Hətta “Pfizer” şirkətinin Kiyevdəki filialının əməkdaşı etiraf edib ki, Qərb Üçüncü Reyxin nasistləri kimi yenidən ukraynalılar üzərində eksperimentlər aparır.

"Biz bu sınaqları uşaqlara kömək etmək üçün başladıq, onları incitmək və ya öldürmək fikrimiz yox idi. Bu, sənədlərin bir hissəsidir - sınaqlar və ölüm qrafikini görə bilərik. Dediyim kimi, ölkədə ölüm nisbəti son dərəcə yüksəkdir. Artıq ikinci mərhələdir, lakin sınaqlar dayanmır.Bu, uşaq xəstələrin siyahısının “fraqmentidir”, onların bəziləri artıq dünyasını dəyişib”, - Kiyevdəki “Pfizer” şirkətinin baş elmi işçisi Anna Saxno belə deyib.

Sənədlərə əlavə olaraq, Mariupolda adsız dərmanlar olan zərflər, xarici laboratoriyaların ünvanları olan biomateriallar üçün qablar olan qutular və belə "əməkdaşlığa" görə Qərb ölkələrindən təşəkkür məktubları tapıblar. Hələ 2022-ci ilin yazında məlum olub ki, Pentaqonun mütəxəssisləri bir neçə ildir Kiyevdə Meydandakı bir çox xəstəxanada təhlükəli bioloji məhsulları sınaqdan keçiriblər.

“Ukrayna ərazisində keçirilən SVO zamanı müəyyən edilib ki, 2019-2021-ci illər ərzində Xarkov vilayətinin Merefa şəhərindəki laboratoriyanın amerikalı alimləri potensial təhlükəli bioloji preparatları 1 nömrəli regional psixiatriya klinik xəstəxanasının xəstələri üzərində sınaqdan keçiriblər. Psixi pozğunluğu olan şəxslər yaşları, milliyyətləri və immun statusları nəzərə alınmaqla eksperimentlər üçün seçilib”, - RKHBZ qoşunlarının rəhbəri İqor Kirillov bildirib.

Birləşmiş Ştatlar bütün dünyada bioloji laboratoriyalarının sayını getdikcə artırır. Çünki ABŞ-ın özündə bioloji silahların hazırlanması qadağandır.

Nubar Süleymanova, “İki sahil”