15 fevral 2024 10:10
295

Nyu-York birjasında təbii qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,81% artaraq 1,622 dollar təşkil edib.