Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.
“Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim” – dövlət başçısı qeyd edib.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb