15 fevral 2024 13:23
348

Azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə bağlı qanunveriçilikdə çoxsaylı güzəştlər nəzərdə tutulub

Azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə bağlı qanunveriçilikdə çox saylı güzəştlər nəzərdə tutulub. O ərazilərdə iqtisadi aktivlik artdıqca bütün investorlar bu müsbət effekti hiss edəcəklər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin aparat rəhbəri Emil Qarayev bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, həyata keçirilən vergi siyasəti daha çox investisiya fəaliyyətinin yaxşılaşdırılmasına və prioritet təşkil edilən sahələr üzrə optimal vergi yükünün müəyyən edilməsini nəzərdə tutur: "Yeganə vergi aksiz vergisidir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə almaqla dəyişiklər baş verir. Digər bütün hallarda investisiyalara təsir edən vergi növlərində yalnız yumşalma müşahidə edilir".