Kalium ürək sağlamlığı üçün ən vacib mikroelementlərdən biridir. Onun çatışmazlığı xarakterik simptomlarla özünü göstərir. Kalium çatışmazlığı bir sıra səbəblərə görə ola bilər. Bunlardan biri arıqlama dərmanları qəbul etməkdir.
Rusiyalı kardioloq Yuri Belenkov arıqlama dərmanlarından istifadə edərək əlavə çəkidən qurtulmağa çalışan qadınlara xəbərdarlıq edib.
"Sidikqovucuların və qlükokortikoidlərin uzun müddətli istifadəsi kalium itkisinə səbəb olur. Əgər cazibədar xanımlarımız xüsusi pəhriz həbləri qəbul edib sonra problemləri başlayırlarsa, bu o deməkdir ki, bu patentləşdirilmiş həblərdə etiketdə qeyd olunmayan diuretiklər var", - həkim xəbərdarlıq edir.
Qusma və ishal, qəhvə və spirtli içkilərin qəbulu, duzlu və şirin qidalar da orqanizmdə kalium çatışmazlığına səbəb olur. Kalium maye ilə, hətta tərlə də çıxır.
Bu vacib mikroelementin çatışmazlığı dərinin quruluğu, qəbizliyə meyil, sürətli yorğunluq və əzələ zəifliyi, əzələ spazmları ilə müəyyən edilə bilər.
Kaliumla zəngin qidalar çatışmazlığı doldurmağa kömək edə bilər. Bunlara tünd şokolad, banan, pendir, paxlalılar və ət daxildir.
Nubar Süleymanova, “İki sahil”