Mütəxəssislər qaraciyərə ciddi ziyan vura biləcək bir neçə zahirən zərərsiz vərdişlərin adını çəkiblər.
Məlumdur ki, qaraciyərin fəaliyyəti həddindən artıq spirt istehlakı ilə pozulur və çoxlu sayda dərman qəbul etmək də bu orqanın xəstəliyinə səbəb ola bilər.
Bununla yanaşı, “Focus” portalının ekspert rəyinə istinadən verdiyi məlumata görə, meyvələrin nəzarətsiz istehlakı nəticəsində də qaraciyər zədələnə bilər. Fakt budur ki, həkimlər bədəndə fruktozanın çox olmasının qaraciyərin fəaliyyətinə zərərli təsir göstərdiyini izah edirlər.
Bundan əlavə, oturaq həyat tərzi və bunun nəticəsində artıq çəki qaraciyər problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə müntəzəm məşq qaraciyər yağlanmasının inkişaf riskini azaldır.
Nubar Süleymanova, “İki sahil”