Türkiyənin Kayseri şəhərində qəribə hadisə yaşanıb.
Futbol üzrə həvəskarlar liqasında çempion olan "Özvatan Belediyespor"un futbolçusu Mustafa Aydın qazandıqları matçdan sonra azarkeşlərin və komanda yoldaşlarının alqışları ilə sevgilisinə evlilik təklifi edib. Futbolçu aldığı “bəli” cavabına ikiqat sevinib.
Komanda çempionluğu digər həvaskar liqa klubu "Palasspor"u 5:0 məğlub edərək qazanıblar.
Qarşılaşmadan sonra “Özvatan Belediyespor”un futbolçusu Mustafa Aydın meydana daxil olan sevgilisi Seher Şahinlə çempionluğu qeyd etməyə başlayıb.
Həmin anda futbolçunun komanda yoldaşları pankart açıb. Pankartda isə bunlar yazılıb:
“Sən və mən bir ömür bir yerdə!” Mənimlə evlənərsən?" Seher Şahin isə yazını görəndə çox təəccüblənib. Pərəstişkarlarının alqışlarının müşayiəti ilə sevgilisindən "bəli" cavabını alan Mustafa Aydın ikiqat xoşbəxtlik yaşayıb.
Vüsal Cahanov, “İki sahil”