Türkiyənin Mardin şəhərində yaşayan və 2 metr 51 santimetr boyu olan "dünyanın ən uzun adamı" adını qoruyan Sultan Kösen 62,8 santimetr boyu olan hidistanlı"dünyanın ən balacaboy qadını" Jyoti Amge ABŞ-ın Los-Anceles şəhərində görüşüblər.
Görüşdə maraqlı məqamlar yaşansa da, ayaqqabı ilə verilən poza gündəmi daha çox cəlb edib.
Qeyd edək ki, 2009-cu ildə 2 metr 51 santimetr boyu ilə “dünyanın ən uzun adamı” adı ilə Ginnesin Rekordlar Kitabına düşən Sultan Kösen 15 ildir ki, bu rekordu qoruyur. 27,5 santimetr ilə dünyanın ən böyük əllərinə, ən böyük ayağı isə 36,5 santimetrə sahib olan S.Kösen indiyə qədər 128 ölkəyə 500-dən çox səfər edib, müxtəlif proqramlarda Mardin və Türkiyəni tanıdıb.
Vüsal Cahanov, “İki sahil”