İnternetdə belə məlumatlar yayılıb ki, insan iki çay qaşığı adi duz yesə, öləcək. Yəni, sadəcə 100 qram? Bu, bir növ cəfəngiyyat kimi görünür.
Bu qədər duzdan həqiqətən ölə bilərikmi?
Ekspertlərin dedikləri budur. Hipernatremiya (bədən mayelərində natrium səviyyəsinin anormal artması) nəticəsində ölüm halları 153-255 mmol/L arasında dəyişən konsentrasiyalarda baş verir. İnsan orqanizmində orta hesabla 5 litr qan var. Bu, o deməkdir ki, ümumilikdə 17,6 q natrium qanda həll olunmalıdır. Süfrə duzunun bir hissəsi (natrium xlorid) 40% natriumdan ibarətdir, buna görə də bir çay qaşığından (təxminən 5 q) təxminən 2,3 q natrium əldə edə bilərik. Müvafiq olaraq, həmin konsentrasiyanı əldə etmək üçün təxminən 8 çay qaşığı süfrə duzunu tez və eyni anda qəbul etməliyik. Bu natrium dozasını aldıqdan sonra heç bir tibbi yardım göstərilməzsə və yaxınlıqda şirin su mənbəyi yoxdursa, real ölüm şansı var. Ölüm çox güman ki, çox ağrılı olur və həddindən artıq susuzluq hiss edilir. Ancaq belə halda sadəcə su içməyə tələssək, bu, natrium konsentrasiyasını çox tez normallaşdıracaq. Ona görə də duz paketlərinin üzərində onun təhlükələri barədə xəbərdarlıq edən stikerlər vurulmur.
Tibbi təcrübədə bir neçə xəstənin 20 qram duzu tez yedikdən sonra öldüyü real hallar sənədləşdirilmişdir. Maksimum hesablama 94 qram duzdur. Buna görə də orta həyat vəziyyətində 400 mq/kq-a uyğun gələn 20 qramdan çox duz istehlakı artıq potensial həyati təhlükə yaradan bir vəziyyətdir.
Ehtiyatlı olun ki, belə təcrübələr yaşamayasınız.
Nubar Süleymanova, “İki sahil”