Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası (APA) uğur qazanacaq.
“İki sahil” xəbər verir ki, bunu Assambleyanın Baş katibi Məhəmməd Rza Məcidi Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.
“Əminəm ki, Azərbaycanın müdrik və dinamik sədrliyi ilə APA qarşıdakı iki ildə inkişaf edəcək və uğurlar qazanacaq. Azərbaycanın sədrliyini dəstəkləməklə bağlı sarsılmaz öhdəliyimizi bildirmək istərdim”, - o bildirib.
Baş katib həmçinin təşkilatın missiyasına mühüm töhfə verən öhdəliklərin uğurla yerinə yetirilməsinə görə təşkilatın əvvəlki sədri Türkiyəyə təşəkkür edib.
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb