22 fevral 2024 11:39
475

4 ayaqlı qəhrəman

Böyük Britaniya Beynəlxalq Axtarış və Xilasetmə (UK ISAR) komandası ilə birlikdə Türkiyədə ötən ilin fevralın 6-da baş verən zəlzələdən sonra həyat xilas edən Vesper adlı axtarış-xilasetmə iti İngiltərədə keçirilən "Qəhrəman köpək 2024" mükafatının finalına yüksəlib.

Qeyd edək  ki, 4 yaşlı belçikalı çoban iti Vesper 8 nəfərin dağıntılar altından sağ çıxmasına kömək olub.

Məlumat üçün bildirək ki, səsvermə martın 10-da başa çatacaq.

Vüsal Cahanov, "İki sahil"