22 fevral 2024 12:14
736

Kəpənəklər dinozavrlardan daha dözümlüdür?

Britaniyalı və şotlandiyalı tədqiqatçılar kəpənəklərin genomlarının 250 milyon ildir demək olar ki, dəyişməz qaldığını aşkar ediblər.

Qeyd edək ki, molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır.  DNT-nin (və ya RNT viruslarında RNT) nukleotid ardıcıllığından ibarətdir.

Tədqiqatda kəpənək və güvələrin 200-dən çox genomu araşdırılıb. Kəpənəklərin genetik əsasının sabit olduğu ortaya çıxıb. Araşdırma kəpənəklərin və güvələrin dünyadakı dramatik dəyişikliklərə necə davamlı olduqlarına dair ipuçlarını ehtiva edir. Tədqiqatçılar bildiriblər ki, tapıntılar planetin biomüxtəlifliyini təmin edən növlərin qorunmasına kömək edə bilər.

Məlumat üçün bildirək ki, dinozavrlar da daxil olmaqla bir çox növün 66 milyon il əvvəl asteroidin Yerə düşməsi nəticəsində nəsli kəsilib. Asteroid ("planet kimi" və ya kiçik planet) Günəş sisteminin kiçik obyektlərindən biridir və aydın nüvəyə malikdir.

Vüsal Cahanov, “İki sahil”