Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən yeganə ölkədir.
“İki sahil”in xəbərinə görə, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O vurğulayıb ki, rəsmi Ankara baş verənlərin səviyyəsindən asılı olmayaraq diplomatiyanın həmişə açıq saxlanılmasının tərəfdarıdır:
“Türkiyənin müharibəyə münasibətini yaxşı bilirsiniz, hər iki ölkə bizim qonşumuzdur. Türkiyə iki ölkə arasında yalnız vasitəçi rolu oynayıb. Biz münaqişənin sülh yolu ilə bitməsini istəyirik, bunun tərəfdarıyıq”.
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb