22 fevral 2024 15:00
977

Burnundan çıxanlar hər kəsi təəccübləndirdi - FOTO/VİDEO

ABŞ-ın Florida ştatında bir kişi şiddətli baş ağrısı səbəbilə həkimə müraciət edib. Baş ağrısının ardından burun qanaması müşahidə edildikdən sonra adı açıqlanmayan kişi xəstənin burnundan və sinuslarından sürfə mərhələsində olan 150 canlı həşərat çıxarılıb.

Xəstə üzündə və xüsusən də dodaqlarında şişginlik yarandığı üçün təcili yardıma müraciət edib. “First Coast News” xəbər verir ki, xəstə vəziyyətini belə izah edib: "Burnumdan davamlı olaraq qan axırdı. Vəziyyət o yerə çatdı ki, ayaqyoluna belə gedə bilmədim. Müayinəyə gedəndə həkim dedi:  Hərəkət görürəm. Əvvəlcə vəziyyəti başa düşə bilmədim. Burnumdan yüzlərlə soxulcan çıxdı. Onların orada olduğunu bilmirdim."

Kamera görüntülərində ortaya çıxıb

Həkim David Carlson mətbuata açıqlamasında kişinin burnunu kamera ilə yoxladığını, lakin burun və sinus boşluğunun daxili hissəsində qidalanan, toxuma və nəcis tökən onlarla həşərat aşkar etdiyini və bunun da kişinin iltihabına səbəb olduğunu deyib: "Həşəratlar onun beyninin altında idilər, əgər  içəri keçsəydilər, onu öldürə bilərdilər".

“First Coast News” əməliyyat otağından kişinin üzündə sürünən həşaratları və onların çıxarılmasını göstərən görüntüləri paylaşıb. Kişinin burun nahiyəsindən çıxarılan sürünənlər patoloji müayinə olunub.

Xəstənin bədənindəki qurdların ölmüş balıqlardan keçdiyi iddia edilir.

Vüsal Cahanov, “İki sahil”