23 fevral 2024 00:25
829

Təmiz kərə yağını necə ayırd etməli?

Kərə yağı hər kəsin sevdiyi xalq məhsuludur. Rusiyalı mütəxəssis Yelena Saratseva kərə yağını necə düzgün seçmək barədə tövsiyələr verib.

Əsl və yüksək keyfiyyətli kərə yağını saxtadan necə ayırd etmək olar? Ekspert bu barədə “Rossiya” telekanalında "Ən vacibi haqqında" verilişində danışıb.

"Rusiya Keyfiyyət Sistemi" “ANO”nun rəhbərinin müavini Yelena Saratseva məhsulun etiketlənməsinə və qablaşdırmanın vəziyyətinə diqqət yetirməyi məsləhət görür. Paketdəki yağın deformasiyası onun yenidən dondurulduğunu göstərə bilər. Həm də nəzərə almaq lazımdır ki, yağ şəffaf qablarda oksidləşir, folqa qablaşdırma isə onu bu prosesdən qoruyur.

Kərə yağının tərkibi texniki reqlamentlərlə müəyyən edilir.

Yağın tərkibi süd, qaymaq, süd tozu və ayrandan ibarət ola bilər.

Mağaza rəflərində kərə yağının fərqli adları var: “Ənənəvi”, “Qaymaqlı”, “Lyubitelskoe”, “Kəndli” və s. Fərq yağ tərkibinin faizindədir.

“Qaymağın tərkibində müxtəlif yağlar da ola bilər.“Ənənəvi” ən yaxşısıdır, yağlılıq göstəricisi 82,5 % olur. “Kəndli” isə 72,5 % olur”,- ekspert əlavə edib.

Nubar Süleymanova, “İki sahil”