Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa hökuməti İrəvana silah tədarükü ilə bağlı yeni sövdələşmələr vəd edərək Ermənistanı hərbiləşdirmək siyasəti aparır:
“Fransanın bu siyasəti yalnız regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə xələl gətirir, Bakı ilə İrəvan arasında normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də belə siyasətə son qoyulmalıdır”.
A.Quliyev vurğulayıb ki, fransalı deputatların Azərbaycana qarşı iddiaları əsassızdır və Ermənistanın hərbiləşdirilməsinə dəstək vermək üçün sadəcə bəhanədir.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb