Fevralın 24-də İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirləri Konfransının növbədənkənar sessiyası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak edib.
Tədbirdə münaqişə zonalarında jurnalistlərin fəaliyyəti, dezinformasiyaya qarşı kollektiv reaksiyanın əhəmiyyəti istiqamətində müzakirələr aparılıb.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik