Xocalı soyqırımı ABŞ-nin bir sıra mətbu orqanlarında və beynəlxalq hesabatlarda işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" səhifəsindəki paylaşımında bildirib.
O, qeyd edib ki, soyqırımı barədə məlumatlar “The Washington Post”, “The New York Times”, “The Wall Street Journal”, “Los Angeles Times”, “The Boston Globe”, “Chicago Tribune” və digər mətbu orqanlarda, hesabatlarda əksini tapıb.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib