Bir çox qidaların orqanizm üçün sağlam olduğunu düşünsək də bu, əslində belə deyil.
“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, Rospotrebnadzorun mütəxəssisləri həmin məhsulların bəzisinin siyahısını açıqlayıblar.
Məsələn, bir çox məhsulların tərkibində rəngləndirici və dadlandırıcı olmadığı qeyd edilsə də əslində həmin məhsul böyük miqdarda şəkər ehtiva edir. Çox vaxt bu, yüngül qəlyanaltı üçün məhsullara aiddir: şirələr, kəsmik və s.
Şirə içmək qazlı su içməkdən daha faydalıdır?
Bir çox insanlar elə bilir ki, şirə içmək qazlı su içməkdən daha faydalıdır. Lakin bu, belə deyil. Hər iki içkidə şəkərin miqdarı eynidir. Sağlam həyat tərzi keçirənlər üçün mağaza rəfləri hər cür proteinlərlə doludur. Ancaq həmin məhsulların tərkibində az miqdarda protein olur və bəzən sonradan allergiyanın meydana gəldiyi digər maddələrlə əvəz olunur.
Protein çubuqları adətən zülal, karbohidrat, yağ və lif birləşməsindən ibarətdir. Bununla belə, onların tərkibində çoxlu dadlandırıcılar da var. Bu çubuqların tərkibində süni maddələr və ya şəkər spirtləri də ola bilər. Bu cür qidaların həddindən artıq istehlakı bədənin zülalın udulmasının öhdəsindən gəlməyi dayandırmasına səbəb ola bilər.
Hər hansı bir meyvə və bir çox tərəvəz, məsələn, pomidor fruktoza tərkiblidir. Buna görə də qablaşdırılmış şirələrin tərkibində çoxlu miqdarda şəkər olur. Məşhur "şəkərsiz" etiketi isə aldadıcıdır.
Eyni sözləri tez hazırlanan sıyıqlara da şamil etmək olar. Belə sıyıqlarda taxıl əzilir və buxarlanır, bu da onun qida dəyərini əhəmiyyətli dərəcədə azaldır. Fayda əvəzinə bədən şəkər, ləzzət artırıcılar, süni dadlandırıcılar qəbul edir.
Hamımızın sevərək yediyimiz yoqurtlar da bu siyahıdadır. Bir yoqurt yeməklə sutkalıq qlükozanı normasını doldurmaq mümkündür. Təbii yoqurtda şəkərin miqdarı 100 qram məhsulda 5 qramdan çox olmamalıdır.
Mütəxəssislər hesab edir ki, bitki mənşəli yağlar, şəkər və digər maddələrlə kompensasiya edilən süd məhsullarında təbii yağların olmaması qaçılmaz olaraq daha çox karbohidrat istehlakına səbəb olur. Nəticədə maddələr mübadiləsi pozulur, insan kökəlməyə başlayır.
Mənbə yazır ki, arıqlamaq və bütövlükdə orqanizm üçün ən faydalı qidalar qəhvəyi düyü, avokado, ispanaq, alma, qırmızı balıq, pendir və göbələkdir. Onları düzgün birləşdirsəniz, bədən üçün ikiqat fayda əldə edə bilərsiniz. Məsələn, qırmızı balıq və yaşıl tərəvəzlər.
Həkimlər bildirirlər ki, çəki artımı yağlardan deyil, karbohidratlardan asılıdır. Hüceyrələrin qurulması üçün yağlar orqanizmə lazımdır. Şəkər isə öz növbəsində insulinin artmasına gətirib çıxarır ki, bu da artıq qlükozanı bədəndə yığılan yağa çevirir.
Nüsrət Məmmədov, “İki sahil”