Rusiyanın Tur-operatorları Assosasiyası Türkiyəyə yay tətili üçün qiymətləri açıqlayıb. Fevralın sonunda Türkiyə kurortlarına bilet almaq qiymət baxımından bir qədər sərfəli olur. Yay mövsümündə həm qiymət baha olur, həm də boş yer tapmaq olmur.
“İki sahil” Lenta.ru-ya istinadla xəbər verir ki, fevralın sonunda Türkiyəyə yay səfəri üçün bilet qiyməti 160 min rubldur.
Tur-operatorları Assosasiyası elan edib ki, iyun ayı üçün yüksək keyfiyyətli, dördulduzlu otellərə turlar üçün indi iki nəfər üçün qiymət 190-220 min rubla başa gəlir. Paketə uçuşlar, 10 gecəlik gecələmə və “hər şey daxil” yemək daxildir. Bir qədər ucuz qiymətə - 160 min rubla da tapmaq mümkündür. Amma lakin tur operatorları orada xidmət səviyyəsinin aşağı olacağı barədə xəbərdarlıq etdilər.
Lüks otellərə turların qiyməti iki nəfər üçün 10 gecənin qiyməti 400-600 min rubl arasında dəyişir. Tətilini Türkiyənin məşhur turizm mərkəzlərində keçirmək istəyənlər 800-900 min rubl ödəməli olacaqlar.
Nüsrət Məmmədov, "İki sahil"