Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın “Zenger” portalına açıqlamasında söyləyib.
Azərbaycanın ABŞ-ın din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsinə münasibət bildirən E.Əmirbəyov ölkəmizin bu qərardan təəssüfləndiyini vurğulayıb. O bildirib: “Biz bu qərəzli və əsassız fikirləri rədd edirik. Roma Papası Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq modeli kimi qiymətləndirib. Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi və ya xristian olmasından asılı olmayaraq, hamımız bir ailəyik. Bu, bizim genofondumuzun bir hissəsidir”.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb