27 fevral 2024 01:35
498

Qadcetlərdən istifadə uşaqlarda immuniteti zəiflədir - Rusiyalı professor

Uşaqlarda boğaz ağrısı və burunn axması ilə müşayiət olunan soyuqdəymələrin tezliyi böyüyən orqanizmin ümumi immunitetinin vəziyyətindən asılıdır. Valideynlər ona həm müsbət, həm də mənfi təsir göstərə bilər. Məsələn, uşaqlara qadcetların verilməsi.

Rusiyanın əməkdar həkimi, tibb elmləri doktoru Olqa Zaitseva “Rossiya” kanalında yayımlanan “Ən vacibi haqqında” verilişində qadcetlərin niyə uşaqların sağlamlığına pis təsir etdiyini izah edib. Televiziya aparıcısı Aleksandr Myasnikov ilə tez-tez soyuqdəymə səbəblərini müzakirə edərkən, professor qadcetləri birinci yerə qoyub.

"Nəzərə alınmalı çoxlu məqamlar var. İmmunitetə ​​nələrin təsir edə biləcəyinə baxaq. Bilirsiniz, ilk növbəyə, qəribə də olsa, qadcetləri qoyardım. Uşaqlar gəzintiyə çox çıxmırlar, az oxuyurlar. Onlar davamlı qadcetlərə baxırlar. Artıq inandırıcı şəkildə sübut olunub ki, qadcetlərdən uzunmüddətli istifadə uşağın immunitetini aşağı salır”, - Rusiya Tibb Universitetinin pediatriya kafedrasının müdiri Olqa Zaitseva bildirib.

Mütəxəssis etiraf edib ki, texniki “vaxt öldürücüləri” böyüklərin də sağlamlığına pis təsir edir, lakin uşaq orqanizmi formalaşma mərhələsində olduğu üçün xüsusilə ciddi əziyyət çəkir. Ümumi immunitetin normal vəziyyəti üçün uşaqlar hərəkət etməli, təmiz havada gəzməli və internetdə oturmamalıdırlar.

Nubar Süleymanova, “İki sahil”