27 fevral 2024 00:25
505

Sizcə, bu əşya 3000 il əvvəl nə üçün istifadə olunub?

Böyük Britaniya sözün əsl mənasında tarixi xəzinələrlə doludur. Bu yaxınlarda Uelsdə gümüş "tualet qaşığı" tapan bir arxeoloq haqqında məlumat yayılmışdı. İndi isə başqa, bəlkə də daha unikal tapıntı haqqında öyrəndik.

Bu dəfə həvəskar arxeoloq Conatan Nidhem Staffordşirdə tədqiqatlar apararkən, diqqətəlayiq şəkildə qorunub saxlanmış qızılı sancaq tapıb. Britaniya Muzeyindən verilən açıqlamaya görə, tədqiqatçıların artefaktın yaşını müəyyən etməsi çox çəkməyib- oxşar elementlər son tunc dövründə, yəni eramızdan əvvəl 1000-800-cü illərdə paltarların bərkidilməsi üçün istifadə olunub. Müvafiq olaraq, yeni nümunənin ən azı 3000 yaşı var. Muzey mütəxəssisləri, həmçinin müəyyən ediblər ki, sancaq böyük ehtimalla İrlandiyada hazırlanıb və bu, qədim ingilislərlə qonşu adanın sakinləri arasında sıx mədəni əlaqənin olduğunu göstərir.

Təxminən 13 santimetr uzunluğunda olan sancaq saxta qızıldan hazırlanıb. Hər iki ucunda ustalıqla qaldırılmış iki konus formalı tutacaq görünür. Üzərində bir neçə cızıq var, ehtimal ki, köhnəlikdəndir, lakin əla vəziyyətdədir - tədqiqatçılar sancağı "Britaniyadan ən yaxşı qorunan bəzək əşyası" adlandırıblar və onu son illərin mühüm arxeoloji kəşflərindən biri hesab ediblər.

Nubar Süleymanova, “İki sahil”