Qadınlar bütün günü güzgü qabağında durub xarici görünüşünə sığal çəksələr də doydum deməzlər. Məlum olub ki, bir qadın orta hesabla ömrünün 4 ilini güzgü qarşısında keçirdir. Bu zərif məxluqların evdən çıxarkən uzun-uzadı güzgülənməsinə çoxumuz şahidik.
Araşdırmalar göstərir ki, sadə dildə ayna dediyimiz əşyanı qadınlar özündən çox istəyirlər. İşdir o, əlində sınanda zərif cinsin nümayəndəsi daxildən buna böyük sarsıntı keçirdir. Amma ağır olsa da, bunu ətrafına hiss etdirmir. Hətta bununla bağlı rəvayətlər də düzüb- qoşublar. Dünya alimləri deyirlər ki, qadın həyat yoldaşına güzgü kimi bağlansa, heç vaxt boşanma halları olmaz...
Qadınlar həftə içi hər səhər təxminən 40 dəqiqə güzgü qarşısında durub öz gül camalını süzürlər. Harasa getməyə hazırlaşan zaman isə ən azı bir saat 12 dəqiqə güzgüyə bağlanırlar . Özü də bunu elə görürlər ki, işdir olmasa sanki dünya dağılar. Vaxtı əsasən krem çəkməyə, saça qulluğa, makiyaja, bir neçə paltar dəyişməklə geyinməyə sərf edirlər. Çox vaxt qadınların güzgüyə sevgisi kişi ilə arasında münasibətlərin pozulması və boşanmalara səbəb olur.
Bir də var ki, qadınlar qocalıq yaşına çatanda cavanlıq vaxtı ən çox sevdikləri güzgüyə baxmaqdan qorxurlar...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü