1 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Viktor Parlikov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımların atıldığı qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub